Mariya Stadnik 8-ci dəfə Avropa çempionu oldu - Video

Mariya Stadnik 8-ci dəfə Avropa çempionu oldu
Oxunma sayı: 2175

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan yığması ilk qızıl medalını dördüncü yarış günündə qazanıb.

Qadınların 50 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik 1,5 illik fasilədən sonra qayıtdığı güləş xalçasında qitənin ən güclüsü olduğunu bir daha təsdiqləyib.

Bir gün öncə 1/4 finalda Yekaterina Poleşçuku (Rusiya) 11:0, yarımfinalda Oksana Livaçı (Ukrayna) 10:4 hesabı ilə məğlub edən Mariya, bu gün finalda Miqlena Selişka (Bolqarıstan) üzərində qələbə qazanıb – 7:2.

Bu, Stadnikin Avropa çempionatlarında 8-ci qızıl medalı olub.