Maqsud Mahmudov dəyərli əşyaları talamaqda ittiham edilir

Maqsud Mahmudov dəyərli əşyaları talamaqda ittiham edilir
Oxunma sayı: 4003

Ötən il Azərbaycanın beynəlxalq axtarışa verdiyi və Ukraynada saxlanılaraq təhvil verilən bloqer Maqsud Mahmudovun məhkəməsi başlayır.

“Qafqazinfo” xəbər verir ki, M.Mahmudov barəsində aparılan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesə hakim Faiq Qəniyev sədrlik edəcək.

Külli miqdarda dələduzluq etmək ittihamı ilə axtarışa verilən Maqsud Mahmudov hazırda Cinayət Məcəlləsinin 183.2.2-ci (Xüsusi dəyəri olan əşyaları talama; təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Onun 90 nəfəri aldadaraq zərər verdiyi bildirilir.