“Maqomayev” serialı Rusiyada mükafata namizəddir

“Maqomayev” serialı Rusiyada mükafata namizəddir
Oxunma sayı: 1011

2020-ci ilin martında Rusiyanın “Pervıy kanal”ında yayımlanmış “Maqomayev” çoxseriyalı filmi ölkənin kinematoqrafiya sahəsindəki “Zolotoy oryol” (“Qızıl qartal”) mükafatına namizəddir.  

Bu barədə “Qafqazinfo” Rusiya Kinematoqrafiya Sənəti və Elmləri Akademiyasının saytına istinadən xəbər verir.

Serial “Ən yaxşı telefim və ya mini-serial” kateqoriyasında təqdim olunub. Bu kateqoriyada, həmçinin “Diplomat” və “Odessa paroxod”u yer alıblar.

“Zolotoy oryol” mükafatının təntənəli təqdimetmə mərasimi 22 yanvar 2021-ci ildə “Mosfilm” kinokonserninin birinci pavilyonunda keçiriləcək.

Qeyd edək ki, “Maqomayev” serialında hadisələr 1960-cı ilin sonlarında – 1970-ci ilin əvvəllərində baş verir. Çəkilişlər Moskva və Bakıda aparılıb. Layihənin əsas mövzusu SSRİ Xalq artisti Müslüm Maqomayev və onun həyat yoldaşı Tamara Sinyavskayanın sevgi tarixçəsidir. Müslüm Maqomayevin rolunu Miloş Bikoviç, Tamara Sinyavskayanın rolunu isə İrina Antonenko oynayıb. Serialda məşhur rusiyalı aktyorlar – Svetlana Ustinova, Aleksandr Sokolovski, Aleksandr Nesterov, Artyom Volobuyev, Alyona İvçenko, həmçinin azərbaycanlı aktyorlar – Rasim Balayev, Rafiq Əzimov, Elman Rəfiyev, Aleksey Saprıkin, Zemfira Sadıxova, Faiq Mirzəyev, Tural Əsədov və başqaları çəkilib.