Makronla Zelenskinin telefon danışığı oldu

Makronla Zelenskinin telefon danışığı oldu
Oxunma sayı: 325

Fransa Prezidenti Emmanuel Makronun ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, onlar Zaporojye Atom Elektrik Stansiyasındakı (AES) vəziyyəti müzakirə edib və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) missiyasını tez bir zamanda oraya göndərməyə çağırıb. 

“Makron Zaporojye AES ətrafında yaranmış vəziyyətdən danışaraq, MAQATE-nin baş direktorunun, təşkilatın nümayəndələrinin ən qısa zamanda Ukraynaya göndərilməsi təklifini dəstəklədiyini bildirib və belə bir missiyanın üsulları haqqında iki ölkənin prezidentləri fikir mübadiləsi aparıblar”, - Yelisey sarayının mətbuat xidməti yazır. 

Qeyd olunur ki, Fransa lideri Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyətdən narahatlığını ifadə edib və bildirib ki, “Rusiya silahlı qüvvələrinin ərazidə mövcudluğu və fəaliyyəti”, həmçinin “ hərbi kontekst və davam edən münaqişələr” stansiyanın təhlükəsizliyinə təhdiddir. O, həmçinin Rusiya hərbçilərinin elektrik stansiyasının ərazisindən çıxarılmasını tələb edib.

Bundan əlavə, söhbət zamanı Makron Ukrayna taxılının ixracına dair sazişin uğurla həyata keçirilməsini alqışlayıb və qeyd edib ki, iyul ayında Avropa İttifaqının dəstəyi ilə alternativ marşrutlarla 2,8 milyon ton taxıl ixrac edilib.