Mahir Emreli “Legiya” ilə anlaşdı

Mahir Emreli “Legiya” ilə anlaşdı
Oxunma sayı: 2095

Mövsümün sonunda “Qarabağ”la müqaviləsi başa çatacaq Mahir Emreli Polşanın “Legiya” klubu ilə ilkin razılığa gəlib.
 
“Qafqazinfo” Polşa mətbuatına istinadla xəbər verir ki, Varşava təmsilçisi hücumçuya illik 300 min avro maaş olmaqla 3 illik müqavilə təklif edib. İddiaya görə, tərəflər razılığa gəlib.
 
23 yaşlı futbolçu Rusiyanın “Ural” və Almaniyanın “Union Berlin" klublarından təklif alsa da, Polşa çempionunu seçməyi üstün tutub.
 
Mahir bu mövsüm keçirdiyi 28 oyunda 22 qol vurub, 4 məhsuldar ötürmə edib.