Madridin mərkəzində güclü partlayış, ölənlər var - Fotolar + Yenilənib

Madridin mərkəzində güclü partlayış, ölənlər var
Oxunma sayı: 1987

İspaniyanın paytaxtı Madrid şəhərinin mərkəzində yerləşən binaların birində güclü partlayış olub.

“Qafqazinfo” bildirir ki, bu barədə “Diario” qəzeti xəbər verib.

Nəşr partlayışın səbəbini, xəsarət alanların olub-olmadığını dəqiqləşdirməyib.

***

Hadisə nəticəsində bir neçə nəfər həlak olub.

Bu barədə “TeleMadrid” telekanalı polisdəki mənbələrinə istinadən xəbər verib.

***

Güclü partlayış nəticəsində 11 nəfər yaralanıb, 3 nəfər həlak olub. 

Bu barədə məlumat şəhərin Fövqəladə Hallar Nazirliyinin rəsmi tvitter səhifəsində verilib.