Madriddə NATO sammiti başladı - Video + Yenilənir

Madriddə NATO sammiti başladı
Oxunma sayı: 1600

İspaniyanın paytaxtı Madriddə NATO sammiti öz işinə başlayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, sammitdə alyansa üzv olan 30 ölkənin liderləri iştirak edir.

Aralarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da olduğu liderlər ilk olaraq birgə foto çəkdiriblər. 

Sammitin açılış mərasimində Ərdoğan ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Consonla söhbət edib. Sözügedən liderlər arasında səmimi görüntülər fotoqrafların da gözündən yayınmayıb.