Luvr muzeyi bu tarixdən ziyarətçilərə açıq olacaq

Luvr muzeyi bu tarixdən ziyarətçilərə açıq olacaq
Oxunma sayı: 947

Parisin Luvr muzeyi iyulun 6-dan ziyarətçilərə açıq olacaq.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə muzeyin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Ejen Delakrua muzeyi iyunun 22-dən, Luvr isə iyulun 6-dan fəaliyyətə başlayacaq. Ziyarətçilər biletləri 15 iyundan etibarən bron edə bilərlər. Muzeylərdə sanitar qaydalara əməl olunmalı və tibbi maska taxılmalıdır.

Qeyd edək ki, Fransada Luvr və digər muzeylər koronavirus pandemiyası səbəbindən martın ortasından bağlıdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi