Liviya sahillərində miqrantların olduğu qayıq batdı - Azı 43 ölü var

Liviya sahillərində miqrantların olduğu qayıq batdı
Oxunma sayı: 713

Liviya sahillərində miqrantlarla dolu qayığın qəzaya uğraması nəticəsində azı 43 qeyri-leqal miqrant həlak olub.

“Qafqazinfo” bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının birgə bəyanatına əsasən, Aralıq dənizində faciə yanvarın 19-da baş verib.

10 nəfər xilas edilib. Onlar Liviyanın Zuvara şəhərinə çatdırılıb.

Qəzaya səbəb qayığın mühərriyinin sıradan çıxması, həmçinin əlverişsiz hava şəraiti olub.