“Liverpul” evdə ardıcıl 6-cı dəfə uduzdu - Video

“Liverpul” evdə ardıcıl 6-cı dəfə uduzdu
Oxunma sayı: 1358

İngiltərə Premyer Liqasının 27-ci turunda “Liverpul” doğma meydanda “Fulhem”ə 0:1 hesabı ilə uduzub.

“Qafqazinfo” xəbər verir ki, yeganə qolu 45-ci dəqiqədə Mario Lemina vurub.

“Liverpul” İngiltərə Premyer Liqasının tarixində (1992-ci ildən) ilk dəfə doğma meydanda altı matçda məğlub olub. Sonuncu dəfə klub öz evində 1953-54-cü il mövsümündə altı dəfə uduzmuşdu. O vaxt “Liverpul” yüksək divizyonu çempionatın nəticələrinə əsasən tərk etmişdi.

28 matçda 43 xal qazanmış “Liverpul” turnir cədvəlində yeddinci yeri tutur. “Fulhem” 26 xalla 18-cidir.