Livanda hökumət istefa verdi - Yenilənib

Livanda hökumət istefa verdi
Oxunma sayı: 2707

Livan hökuməti istefa verib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Beləliklə, Livan hökuməti cümə günündən kütləvi toqquşmalara çevrilən mitinqlərə çıxan yerli sakinlərin tələblərindən birini yerinə yetirəcək. Onlar, həmçinin parlamentin buraxılmasını və islahatların keçirilməsini tələb edirdilər.

Cümə günü mitinqçilər dörd nazirliyin binasını ələ keçirmişdilər, amma ordu onları hökumət komplekslərindən çıxarmağa müvəffəq olmuşdu.

Livan DİN-dən verilən məlumata görə, iğtişaşlar nəticəsində təhlükəsizlik qüvvələrinin əməkdaşı həlak olub, 700-dən çox insan xəsarət alıb.

***

Livan Prezidenti Mişel Aun Baş nazir Həsən Diyab və hökumətin istefasını qəbul edib.  İstefa verən hökumət yeni kabinet qurulana qədər işini davam etdirəcək.