Lənkəranda karantin qaydalarını pozan daha 2 obyekt cərimələndi

Lənkəranda karantin qaydalarını pozan daha 2 obyekt cərimələndi
Oxunma sayı: 421

Lənkəranda gecə saat 12-dən sonra fəaliyyət göstərən obyektlər müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayonun Digah kəndində yerləşən “Zəm-Zəm” çay evinin karantin rejimi qaydalarına zidd olaraq qəlyan xidməti göstərdiyi, Vilvan kəndində yerləşən digər bir çay evinin isə gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

Həmin obyektlərlə bağlı 3 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.