Lavrovla Quterreş taxıl problemini müzakirə etdilər

Lavrovla Quterreş taxıl problemini müzakirə etdilər
Oxunma sayı: 899

BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukrayna və Rusiya taxılının ixracı problemini müzakirə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik brifinqdə deyib.

"Baş katib bu gün xarici işlər naziri Sergey Lavrovla danışıb. Onlar Ukraynadakı vəziyyəti, o cümlədən Ukrayna və Rusiya taxılının, eləcə də gübrələrin dünya bazarlarına qaytarılması səylərini müzakirə ediblər", - Düjarrik qeyd edib.