Lavrovdan Ukraynaya silah verən ölkələrə - Xəbərdarlıq

Lavrovdan Ukraynaya silah verən ölkələrə
Oxunma sayı: 6784

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya Rusiyanı vura biləcək silahların verilməsi ilə bağlı Qərbə xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, nazir bu haqda “RT Arabic”ə müsahibəsində deyib.

Xəbəri rus dilində oxuyun: Завод “İmprotex İndustries” представляет технику на выставке “Texnofest” 2022

Onun sözlərinə görə, Qərb Kiyevi münaqişədə Rusiyanı məğlub etməyə çağırır. Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ərazisinə ziyan vura bilən silahların verilməsini tələb etdiyini vurğulayıb.

“Biz Qərbi ən ciddi şəkildə xəbərdar etmişik ki, onlar artıq faktiki olaraq Ukrayna neonasistlərinin əlləri, bədənləri, beyinləri ilə Rusiya Federasiyası ilə müharibə aparırlar. Lakin bu, qəbuledilməz eskalasiyaya doğru ciddi addım olacaq”, - deyə nazir bildirib.

“Qərbdə bir neçə ağlı başında olanların hazırkı vəziyyətin əsl mahiyyətini başa düşəcəyinə ümid edirəm", - o əlavə edib.