Latviya Rusiya ilə səfər müqaviləsini ləğv etdi

Latviya Rusiya ilə səfər müqaviləsini ləğv etdi
Oxunma sayı: 807

1994-cü ilin dekabrında Latviya ilə Rusiya arasında sərhədyanı ərazilərdə yaşayan vətəndaşların səyahətini asanlaşdırmaq, mədəni və iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədilə imzalanmış qarşılıqlı səfər sazişi ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Latviya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Latviya müqavilədə nəzərdə tutulan sadələşdirilmiş viza prosedurunun artıq mümkün olmadığını qeyd edərək, vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə edib.

Latviya parlamentində keçirilən son iclasda Rusiyanın terroru dəstəkləyən ölkələr kateqoriyasına daxil edilməsi, Rusiya və Belarusa qarşı sanksiyaların artırılması, Belarus və Rusiya vətəndaşlarına vizanın məhdudlaşdırılması,  eyni zamanda Ukraynaya maliyyə, hərbi, humanitar yardımların verilməsi, diplomatik dəstək göstərilməsi barədə qərarlar qəbul edilib.