Laçını tərk edən ermənilər kilsəyə belə ziyan vurur - Video

Laçını tərk edən ermənilər kilsəyə belə ziyan vurur
Oxunma sayı: 8412

Laçını tərk edən ermənilərin vandallığını əks etdirən daha bir video yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə ermənilərin kilsənin üzərindəki xaç ornamentləri fasaddan sökərək çıxardıqlarını görmək mümkündür. Sözügedən video erməni teleqram kanallarında yayılıb.

Qeyd edək ki, Laçında yaşayan ermənilər “Azadlıq” radiosunun erməni bürosuna açıqlamalarında bildiriblər ki, onlara bu ayın sonuna qədər şəhəri və Zabux kəndini tərk etmələri tapşırılıb.