Laçını tərk edən erməni evini yandırdı - Video

Laçını tərk edən erməni evini yandırdı
Oxunma sayı: 6732

Laçın rayonunun Zabux kəndində yaşayan və kəndi tərk etməyə hazırlaşan erməni evini yandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntü sosial şəbəkələrdə yayılıb.

Kadrda erməni sakinin yaşadığı evə od vurması əks olunub. O, öz əməlini kəndin Azərbaycanın nəzarətinə qaytarılması ilə əsaslandırıb və evin türklərə qalmaması üçün belə etdiyini bildirib.

Qeyd edək ki, oxşar hadisələr ermənilərin hələ 2020-ci ildə azad olunmuş əraziləri tərk edərkən də baş vermişdi. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması üçün avqustun sonunadək vaxt verilib.