Laçında DTX-nin idarəsi açıldı - Foto

Laçında DTX-nin idarəsi açıldı
Oxunma sayı: 3920

Bu gün Azərbaycanın nəzarətinə qaytarılan Laçında artıq ilk dövlət təşkilatının idarəsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Eynulla Fətullayev öz feysbuk hesabında yazıb.

O qeyd edib ki, bu, Dövlət Təhlükəsizlik Xidmətinin Laçın ofisidir.

E. Fətullayev, həmçinin idarənin qapısına vurulmuş lövhənin fotosunu paylaşıb.