Küləyin fəsadları artır

Küləyin fəsadları artır
Oxunma sayı: 2387

Güclü küləyin fəsadları artmaqdadır.

"Azəriqaz"dan "Qafqazinfo"ya verilən məlumata görə, Xətai rayonu, Ramiz Quliyev küçəsində ağac qaz xəttinin üzərinə aşıb. "Qobu park-1" yaşayış massivində 3 və 4 saylı binaların arasında güclü külək diametri 57 mm olan qaz xəttini dirəklərdən yerə salıb.

Abşeron rayonu, 28 May qəsəbəsi, dəmir yolunun yanında güclü külək nəticəsində daş hasar diametri 89 mm olan qaz xəttinin üzərinə aşıb. Binə qəsəbəsi və Yeni Binə yaşayış massivini qazla təmin edən qaz xətləri də güclü küləyin təsirindən yararsız hala düşüb. Binəqədi rayonu, 1-ci Mədən, korpus 9 ünvanında aşan daş hasar diametri 25 mm olan qaz xəttini və 2 ədəd sayğacı yararsız hala salıb. Bütün qəza briqadaları iş başındadır.