Krımda yanğın və partlayışlar oldu - Video

krimda-yangin-ve-partlayislar-oldu
Oxunma sayı: 1571

Krımın Cankoysk rayonunda genişmiqyaslı yanğın və partlayışlar olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hərbi hissələrdən birinin müvəqqəti saxlanc meydançası ərazisində yanğın baş verib. Yanğın nəticəsində saxlanılan döyüş sursatları partlamağa başlayıb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Bu barədə region başçısı Sergey Askenov teleqram kanalında bildirib.

İki minə yaxın insan hadisə yerindən təxliyə edilib, bəzi evlərə ziyan dəyib.