Krım aerodromunda partlayış - 6 yaralı, 1 ölü+Video

Krım aerodromunda partlayış
Oxunma sayı: 1877

Ötən gün Krımın hərbi aerodromunda bir neçə təyyarə sursatı partlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı 6 nəfər yaralanıb, 1 nəfər dünyasını dəyişib. Aviasiya texnikasına ziyan dəyməyib.

Rusiya Müdafiə Nazirliyi partlayışın səbəbini yanğın təhlükəsizliyi tələblərinin pozulması ilə əlaqələndirib.