Kremldən Putinin G20-də iştirakı ilə bağlı - Açıqlama

Kremldən Putinin G20-də iştirakı ilə bağlı
Oxunma sayı: 3187

“Rusiya lideri Vladimir Putin noyabrın 15-də Bali adasında keçiriləcək G20 sammitinə dəvət edilib, ancaq sammitdə iştirak məsələsində lazımi zamanda qərar veriləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moskvada keçirdiyi brifinqdə deyib.

“Putin bu il keçiriləcək sammitə qatılıb-qatılmayacağına hələ qərar verməyib. Qərar sammitdə hansı liderlərin iştirakına bağlı olacaq”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də sammitə dəvət edilib. O, açıqlamasında sammitdə iştirakının hansı liderlərin dəvət olunmasından asılı olduğunu bildirib.