Kral Salman xəstəxanadan buraxıldı

Kral Salman xəstəxanadan buraxıldı
Oxunma sayı: 1029

İyulun 20-si səhhətinin pisləşməsi səbəbi ilə xəstəxanaya yerləşdirilən Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud bu gün xəstəxanadan buraxılıb.

"Qafqazinfo" xəbər verir ki, Riyad şəhərində Kral Feysəl Xəstəxanasında öd kisəsindən əməliyyat olunan Kral Salmanın vəziyyətinin yaxşı olduğu bildirilib. Səudiyyə Ərəbistanın dövlət informasiya agentliyinin yayımladığı videogörüntüdə Kral Salmanın xəstəxananı ayaq üstə tərk etdiyi görüntülənib.
 
Xatırladaq ki, bir müddət əvvəl vəziyyəti pisləşərək xəstəxanaya yerləşdirilən Kral Salman ben Adbel Əziz əl-Səudda müayinələr edildikdən sonra öd kisəsində iltihab diaqnozu qoyulmuşdu.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi