Kot-d'İvuarın Baş Naziri vəfat etdi

Kot-d'İvuarın Baş Naziri vəfat etdi
Oxunma sayı: 1750

Kot-d'İvuarın Baş Naziri Amadu Qon Kulibali 61 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Alassan Uattara bəyanat yayıb. Bildirilir ki, Kulibali hökumətin iclası zamanı özünü pis hiss edib və xəstəxanaya çatıdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kulibali 2017-ci ildən Kot-d'İvuarın Baş Naziridir. O, bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürmüşdü.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi