Koronavirusa yoluxmuş müğənni xəstəxanaya yerləşdirildi

Koronavirusa yoluxmuş müğənni xəstəxanaya yerləşdirildi
Oxunma sayı: 2123

Koronavirusa yoluxmuş Rusiya və Belarus müğənnisi Rita Dakota xəstəxanaya yerləşdirilib. “Qafqazinfo” bildirir ki, bu barədə o, instaqram hesabında məlumat verib.

“Xəbərlər çox ürəkaçan deyil: briqada gəldi, mənim vəziyyətimə baxdı, bütün göstəricilərimi ölçdü və qanımda çox az oksigen olduğunu söylədi. Nəticə belədir-məni xəstəxanaya yerləşdirirlər”, - Dakota danışıb.

Qeyd edək ki, müğənninin COVID-19-a yoluxması ötən həftə məlum olmuşdu. Artistin sözlərinə görə, xəstəlik yalnız üçüncü dəfədən təsdiqlənib.