Konqres Baydenə qarşı impiçment tələb edir

Konqres Baydenə qarşı impiçment tələb edir
Oxunma sayı: 1544

ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı Partiyasından olan Loren Bobert Prezident Co Baydenin istefasını tələb edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o bu tələbini qoşunların Əfqanıstandan çıxarılması zamanı yol verilən səhvlərlə əsaslandırıb:

“Bayden ABŞ Prezidenti vəzifəsinə bilərəkdən laqeyd yanaşıb və ABŞ-ın milli təhlükəsizliyini təmin edə bilməyərək konstitusiya andını pozub”.

Bobert qeyd edib ki, qoşunların Əfqanıstandan çıxarılması zamanı bahalı texnika orada qalıb və bununla bağlı nə bir araşdırma aparılıb, nə də hər hansı istefa olub. Nümayəndələr palatasının üzvünün iddiaları, həmçinin, vitse-prezident Kamala Harrisə qarşıdır. Onun fikrincə, Harris bu məsələdə önə çıxmalı və Baydenin istefasını tələb etməli idi. Bobert ABŞ Prezidentinin qərarsızlığının və səriştəsizliyinin Əfqanıstanda amerikalıların həyatına son qoyduğunu bildirib.