Konqoda yük maşını çaya aşdı, xeyli sayda ölən var

Konqoda yük maşını çaya aşdı, xeyli sayda ölən var
Oxunma sayı: 758

Konqo Demokratik Respublikasında yük maşını çaya aşıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza nəticəsində azı 50 nəfər ölüb. Hadisə Kalume-Nqonqo çayında baş verib. Yalnız 2 nəfəri xilas etmək mümkün olub.

Dalğıclar axtarış-xilasetmə işlərini davam etdirir.