“Konnekt” “Digitürk”ü Azərbaycana gətirdi - beIN Sports Super Liqa həyəcanını bizimlə yaşayın!

“Konnekt” “Digitürk”ü Azərbaycana gətirdi
Oxunma sayı: 1371

“Konnekt” QSC Türkiyənin rəqəmsal televiziya yayım platformasında liderlik edən “Digitürk beIN Media Group” ilə əməkdaşlıq müqaviləsi imzalayaraq, beIn Sports Super Liqa futbol oyunlarının və “Digitürk” platformasında yayımlanan bütün kanalların Azərbaycan ərazisində eksklüziv yayım hüququnu əldə edib.

Artıq respublikanın istənilən bölgəsindən istər hüquqi, istərsə də fərdi ünvanlara yüksək keyfiyyətli “Digitürk-Konnekt TV” HD rəqəmsal yayım paketlərini sifariş etmək mümkün olacaq.

Konnekt TV “Digitürk beIN Media Group” ilə dünyanı evinizə gətirir. Sizdə “Konnekt” ailəsinə qoşulun və evdəki hər kəsə uyğun olaraq seçilmiş yayım paketlərindən və HD yayım keyfiyyətindən yararlanaraq “Digitürk-Konnekt TV” ilə xəyallarınıza toxunun!

Əsas prioritet istiqaməti müştəri məmnuniyyəti olan “Konnekt” QSC 7/24 sizin xidmətinizdədir!