“Kırqın çiçekler”in Songülü ərindən boşandı

“Kırqın çiçekler”in Songülü ərindən boşandı
Oxunma sayı: 4792

Məşhur “Kırqın çiçekler” serialında Songül obrazını canlandıran aktrisa Gökçe Akyıldız həyat yoldaşı Mustafa Özyurtdan ayrılıb.

“Qafqazinfo”nun “Sabah” qəzetinə istinadən verdiyi xəbər görə, o, 2017-ci ildə ailə qurduğu şəxslə səssiz-sədasız rəsmən boşanıb.

İnstaqram hesabında əri ilə olan bütün fotolarını silən Akyıldız boşanma səbəbi olaraq ailədaxili münaqişəni göstərib.

Qeyd edək ki, eks-cütlüyün bu evlilikdən Ömər Aslan adlı bir oğlu var.