“Kirayə mənzil bazarında vergi nəzarəti ilə bağlı problemlər var”

“Kirayə mənzil bazarında vergi nəzarəti ilə bağlı problemlər var”
Oxunma sayı: 1284

“Növbəti illərdə kirayə mənzil bazarında vergi nəzarətinin qurulması və vergi təşviqinin verilməsi məsələləri müzakirə olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin rəisi Rəşad Nuriyev deyib.

O bildirib ki, hazırda ölkədə kirayə mənzil bazarının inkişafı və vergi nəzarətinin qurulması ilə bağlı problemlər var.

R. Nuriyev qeyd edib ki, həmçinin fərdi sahibkarların sosial sığorta yükünün onların dövriyyəsinə uyğunlaşdırılması ilə bağlı təkliflər daxil olur: “Həmin təkliflərə baxılır və yəqin ki, növbəti illərdə bu məsələyə də baxılacaq”.

Gülnar Əliyeva