“Kim bu hadisəni reytinq yığmaq üçün yayırsa, yazmasın” - Yeniyetmənin atası

“Kim bu hadisəni reytinq yığmaq üçün yayırsa, yazmasın”
Oxunma sayı: 4040

Xəbər verdiyimiz kimi, noyabrın 27-də Goranboy rayonunun Qaradağlı kənd sakini, 15 yaşlı H.Ə. hər iki ayağından sınıq xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib.

Yeniyetmənin atası Ehtiram Əliyev “Qafqazinfo”ya açıqlamasında hadisə ilə bağlı danışıb.

Saytımıza açıqlamasında bildirib ki, oğlu həmin gün bibisi ilə Gəncə şəhərində yerləşən hərbi hissəyə gedərkən piyada keçidində ayağı sürüşərək yıxılıb:

“Oğlum Dəliməmmədli şəhərindəki piyada keçidindən keçərkən sürüşərək yıxılıb. Buna görə o, hər iki ayağından zədə alıb. Əgər kimsə bu hadisədən reytinq yığmaq istəyirsə, sosial şəbəkələrdə yayırsa, xahiş edirəm, yazmasın. Mənim həmkəndlim övladımı xəstəxanaya çatdırıb, onun canına can qatmaq üçün yardım edib.

Amin Nəzərli