“Keşlə”dən yeni transfer

“Keşlə”dən yeni transfer
Oxunma sayı: 868

“Keşlə” növbəti transferini reallaşdırıb.

"Qafqazinfo" xəbər verir ki, “Keşlə” xeyli öncə anlaşdığı braziliyalı Silvio Rodrigez Perreyra Junioru nəhayət, ölkəmizə gətirə bilib. O, mövsümün sonuna qədər bakılıların şərəfini qoruyacaq.

Karyerası ərzində Braziliyanın “Batatais”, Ukraynanın “Çernomorets” və Slovakiyanın “Zlata Morevtse” klublarında oynamış 26 yaşlı futbolçu son olaraq Albaniya “Vlajniya”sında çıxış edib.