“Keşlə”dən qələbə, Qəbələdə heç-heçə

“Keşlə”dən qələbə, Qəbələdə heç-heçə
Oxunma sayı: 1094

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib.

“Qafazinfo” xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun açılış matçında “Səbail”lə “Keşlə” üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu görüşdə qonaqlar qələbəyə sevinən tərəf olub.

Günün digər qarşılaşması isə “Qəbələ” ilə “Zirə” arasında baş tutub. Bu oyunda hesabı qonaqlar açsa da, sonda meydan sahibləri bərabərlik qolunu vurublar. Beləcə, komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Azərbaycan Premyer Liqası
7-ci tur
16 oktyabr

“Səbail” – “Keşlə” 1:2
Qol: R.Əliyev, 71 – T.Quliyev, 68. A.Abanq, 81.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəşad Əhmədov.
Bakı. “ASCO Arena”, 15:00.

“Qəbələ” – “Zirə” 1:1
Qol: Ü.İsgəndərov, 79 – C.Hüseynov, 18.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.
Qəbələ şəhər stadionu, 17:00.