Kəmaləddin Heydərov Qəbələdə qəbul keçirdi - Fotolar

Kəmaləddin Heydərov Qəbələdə qəbul keçirdi
Oxunma sayı: 4026

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 19-u Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonlarının sakinlərinin qəbulunu keçirib.

“Qafqazinfo” xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və Nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi də vətəndaşları qəbul edib.

Ümumilikdə, müraciət etmiş 200-dən artıq vətəndaş qəbul edilib.