Kəlbəcər artıq Azərbaycan işığına aydınlanır - Video

Kəlbəcər artıq Azərbaycan işığına aydınlanır
Oxunma sayı: 1956

Azərbaycan Televiziyasının “Obyektiv” verilişi növbəti reportajını Kəlbəcərdən hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, Daşkəsəndən Kəlbəcərə qarlı, sıldırımlı, dağlı, qayalı ərazilərdən keçməklə “Azərenerji” tərəfindən çəkilən 110 kV-luq elektrik ötürmə xətti, yeni tikilən yarımstansiya, yenidən qurulan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası, o cümlədən AAYDA tərəfindən çəkilən Toğanalı-Kəlbəcər yolu, 12 km-lik tunel və başqa infrastruktur layihələrdən bəhs edən verilişdə həm də Kəlbəcərin füsünkar gözəlliyi, Ömər aşrımının dron kadrları və başqa kadrlar özünə yer alıb.

Video az bir müddətdə sosial şəbəkəyə yerləşdirilməsinə baxmayaraq, geniş baxış sayı qazanıb.

Həmin videonu təqdim edirik: