“Kalmar oyunu” serialı rekorda imza atdı

“Kalmar oyunu” serialı rekorda imza atdı
Oxunma sayı: 2235

Cənubi Koreya istehsalı olan “Kalmar oyunu” serialına “Netflix”in 111 milyondan çox istifadəçisi baxıb.

Bu barədə “Qafqazinfo” KBC telekanalına istinadən xəbər verir.

Onun məlumatına görə, sentyabrın 17-də işıq üzü görən serial bugünkü gün 94 ölkədə “Netflix” platformasında populyarlığa görə birinci yerdədir.

Telekanal qeyd edir ki, bu, ABŞ-da 21 gündür birinci yeri tutan ingilis dilində olmayan ilk serialdır.

Serialın süjeti sağ qalmaq uğrunda mübarizə aparan oyunun iştirakçılarından bəhs edir. Qalibə böyük pul mükafatı çatacaq.