Jirinovskinin oğlu adını dəyişərək İspaniyaya köçməyə hazırlaşır - Foto

Jirinovskinin oğlu adını dəyişərək İspaniyaya köçməyə hazırlaşır
Oxunma sayı: 2631

Rusiyanın aprelin 4-də vəfat edən siyasətçisi Vladimir Jirinovskinin böyük oğlu və Dövlət Dumasının keçmiş vitse-spikeri İqor Lebedev adını, soyadını və ata adını tamamilə dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın “Baza” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, indi onun adı David Aleksandroviç Qarsiyadır.

Ad dəyişikliyi 2021-ci ilin yayında baş verib, sonra o, Rusiya siyasətindən və LDPR partiyasından həmişəlik ayrıldığını elan edib.

"Bu qərarın səbəbi hələ 2014-cü ildə Avropa İttifaqının Jirinovskinin oğluna tətbiq etdiyi sanksiyalar ola bilər. Həmin andan keçmiş deputat ailə üzvlərinin çoxlu daşınmaz əmlaka malik olduğu Avropaya getmək imkanını itirib", - məlumatda deyilir. 

Ukraynalı jurnalist Denis Kazanskinin sözlərinə görə, Jirinovskinin oğlu İspaniyaya köçməyə hazırlaşır.