Jalə Məhsimova “Zenit”ə keçdi

Jalə Məhsimova “Zenit”ə keçdi
Oxunma sayı:

Azərbaycan millisinin futbolçusu Jalə Məhsimova karyerasını Rusiyada davam etdirəcək.

“Qafqazinfo” AFFA-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Zenit”də oynayacaq. O, yeni komandası ilə razılıq əldə edib.

Qeyd edək ki, Məhsimova daha öncə Rusiyada “Torpedo”, Azərbaycanda isə "Sumqayıt", “Səbail” və “Uğur” klublarınada çıxış edib.