İzmirdə meşə yanğınları nəzarət altına alındı - Yenilənib

İzmirdə meşə yanğınları nəzarət altına alındı
Oxunma sayı: 1089

Türkiyənin İzmir şəhərinin Ödəmiş rayonunda meşə və kolluq ərazidə naməlum səbəbdən yanğın baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğına İzmir Meşə Region Müdirliyinə aid 4 helikopter, 4 təyyarə və 20 su çiləyicisi ilə müdaxilə edilməyə başlanılıb.

Digər tərəfdən, Seferihisarın Bəylər məhəlləsi yaxınlığındakı meşəlik ərazidə baş verən yanğın qrupların havadan və qurudan müdaxiləsindən sonra qısa müddətə nəzarət altına alınıb.

***

Küləyin təsirli olduğu bölgədə yanğın qrupların havadan və qurudan müdaxiləsi nəticəsində nəzarət altına alınıb.

Digər tərəfdən, Meşə Ümumi Müdirliyinin tviter hesabında Ödəmişdə baş verən yanğınla əlaqədar yazıda, “Tez müdaxilə edildi, 149 dəqiqə ərzində nəzarət altına alındı” qeyd olunub.