İtkin düşən hərbçilərin axtarışları davam edir

İtkin düşən hərbçilərin axtarışları davam edir
Oxunma sayı: 3419

Vətən müharibəsində itkin düşən 6 hərbçinin axtarışları davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Hərbi prokuroru Xanlar Vəliyev məlumat verib.

X.Vəliyev bildirib ki, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılıb: “İndiyədək 2908 nəfərin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətləri müəyyənləşdirilərək meyitləri ailələrinə təhvil verilib.

İtkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, axtarış qrupları tərəfindən müntəzəm iş aparılır”.

Həmçinin oxuyun: Vətən müharibəsinin 6 itkin zabiti... - Fotolar