İtaliyanın keçmiş Baş naziri dünyasını dəyişdi

İtaliyanın keçmiş Baş naziri dünyasını dəyişdi
Oxunma sayı: 1347

İtaliyanın keçmiş Baş naziri, Xristian-Demokrat Partiyasının sabiq katibi Çiriako De Mita dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, De Mita 95 yaşında İtaliyanın cənubunda yaşadığı doğma Nusko şəhərciyində vəfat edib.

Tanınmış italiyalı siyasətçi fevral ayında ombasının sınması səbəbindən ağır əməliyyat keçirib.

Qeyd edək ki, De Mita 1988-1989-cu illərdə İtaliyanın Baş naziri vəzifəsini icra edib.