İtaliya klubu baş məşqçisini qovdu

İtaliya klubu baş məşqçisini qovdu
Oxunma sayı: 1383

İtaliyanın “Kalyari” klubu baş məşqçi Eusebio Di Françeskonu istefaya göndərib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Di Françesko “Kalyari”yə ötən ilin 3 avqustundan etibarən rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında A Seriyasının cari mövsümündə 23 turdan sonra 15 xalla 18-ci pillədə qərarlaşıb.