"İsveç və Finlandiyanın NATO-ya üzvlüyə qəbul olunması tarixi qərardır".
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
Rusiyanın Ukraynaya hücumlarından sonra NATO-nun daha sıx birləşdiyini deyən Bayden bildirib ki, NATO öz ərazisinin hər qarışını müdafiə edəcək:
“Rusiyanın hücumu qələbə ilə nəticələnməyəcək. Ukraynadakı vəziyyətin Rusiyanın Ukraynanı məğlub edəcəyi ssenari ilə bitəcəyini düşünmürəm”.
O, bir neçə gün ərzində Ukraynaya əlavə 800 milyon dollarlıq silah yardımı elan edəcəklərini bildirib.