İstirahət mərkəzinin hovuzunda dəhşətli hadisə - Ölən var

İstirahət mərkəzinin hovuzunda dəhşətli hadisə
Oxunma sayı: 14130

Bakıda istirahət mərkəzinin hovuzunda ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən Səbail rayonu Şıx qəsəbəsində yerləşən “Dostluq” istirahət mərkəzinin hovuzunda paytaxt sakini, 32 yaşlı Pərviz Kazım oğlu Sultanov boğularaq ölüb.

Yaxınlıqdakı şəxslər gəncin hovuzda batdığını görüblər. P.Sultanov sudan çıxarıldıqda onun artıq öldüyü məlum olub.

İlkin araşdırmalar zamanı Pərviz Sultanovun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi məlum olub və onun qıcolma səbəbindən suda batdığı bildirilib.

Araşdırmalar davam etdirilir.

Nizam Rza