İstanbul-İrəvan uçuşlarına dair yeni detallar məlum oldu

İstanbul-İrəvan uçuşlarına dair yeni detallar məlum oldu
Oxunma sayı: 1522

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi İstanbul və İrəvan arasında uçuşların başlama vaxtı ilə bağlı yeni məlumat yayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, iki ölkə arasında uçuşlar fevralın 2-dən etibarən başlayacaq.

İstanbuldan İrəvana reyslər Sabiha Gökçen hava limanından “Pegasus” aviaşirkəti tərəfindən həftədə üç dəfə həyata keçiriləcək.

Ermənistanın “FlyOne” şirkəti də öz növbəsində, İstanbul və İrəvan arasında həftədə 3 dəfə uçuşlar təşkil edəcək.

“FlyOne Armenia” şirkətinin ilk reysi fevralın 2-si axşam saatlarında İstanbulda yerə enəcək. İstanbuldan İrəvana “Pegasus” şirkətinin reysi isə elə həmin gün gecə saatlarında baş tutacaq.