“İşsizlikdən sığorta ödənişi alanların sayı 20 minə çatacaq”

“İşsizlikdən sığorta ödənişi alanların sayı 20 minə çatacaq”
Oxunma sayı: 559

İşsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin təyinat şərtlərinin yumşaldılması üçün hazırlanmış qanun layihəsi artıq parlamentdə müzakirə olunur.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, layihə qəbul edildikdə, bu, işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, cari il üçün həmin sayın artıq 20 minə çatdırılmasına imkan verəcək.