İsraildə 1,5 milyon dollarlıq maska hazırlanır

İsraildə 1,5 milyon dollarlıq maska hazırlanır
Oxunma sayı: 1703

İsraildə qızıl və brilliantla işlənmiş 1,5 milyon dollar dəyərində qoruyucu maska hazırlanacaq.

“Qafqazinfo” “Qazeta.ru”ya istinadən xəbər verir ki, maska üzərində 18 karatlıq ağ qızıl və 3600 ədəd ağ və qara brilliant işlənəcək. Bundan əlavə, maskanın ​​ən yüksək qoruyuculuq göstəricisinə sahib N99 filtrləri ilə təchiz ediləcəyi bildirilib.

Qeyd olunub ki, maskanın sifarişçisi ABŞ-da yaşayan çinli bir iş adamıdır.