İsrail Prezidenti İlham Əliyevə zəng etdi

İsrail Prezidenti İlham Əliyevə zəng etdi
Oxunma sayı: 782

Bu gün İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevə zəng edib.

"Qafqazinfo" xəbər verir ki, İsrail Dövlətinin Prezidenti qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə İsrail Dövlətinin Prezidentinə minnətdarlığını bildirib.

Prezidentlər Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnunluq ifadə edib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.