İspaniyada vulkana görə uçuşlar təxirə salındı

İspaniyada vulkana görə uçuşlar təxirə salındı
Oxunma sayı: 636

İspaniyanın cənub-qərbindəki Kanar adaları qrupuna daxil olan La Palma adasında sentyabrın 19-dan bəri püskürən vulkan səbəbindən adadakı kommersiya uçuşları təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Qurumu məlumat yayıb.

Bildirilib ki, aktivləşməsindən bəri vulkandan çıxan lavalar 16 kilometrlik bir sahədə 240 hektar ərazini məhv edib, çıxan qaz və duman 4500 metr yüksəyə qalxıb.

Kül və dumana görə La Palma və La Qomera adalarındakı kommersiya uçuşları dayandırılıb, ümumilikdə 77 uçuş təxirə salınıb.