İslamiadada qalmaqal - Bu yarışın nəticələri ləğv edildi

İslamiadada qalmaqal
Oxunma sayı: 4779

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında atletika yarışlarının nəticələri ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb naqillərdə yaranan nasazlıq səbəbindən vaxtın hesablanması düzgün aparılmamasıdır. 

Problemi isə yalnız yarışın dördüncü günündə texniki nasazlıq aradan qaldırılanda müəyyən etmək mümkün olub. Müzakirələrdən sonra qaçışın ilk üç gününün nəticələrinin etibarsız sayılması qərara alınıb.

Buna baxmayaraq, qaliblərdən medalların geri alınmaması və İslamiadanın komanda medal cədvəlində dəyişiklik edilməməsi qərara alınıb.